🏢 Obyekt — Satılır 4 otaqlı 400 m² 🏢 Obyekt - Sabunçu
🎵 TikTok Videosu
TikTok videosuna baxTəsvir
Zabrat qəsəbəsində yerləşən, ümumi sahəsi 400 m² olan tam təyinatlı kommersiya obyekti satılır. Hazırda obyekt avtomobillərin diaqnostikası, təmiri və texniki qulluq mərkəzi kimi fəaliyyət göstərir və bu sahədə biznes qurmaq və ya mövcud fəaliyyəti davam etdirmək üçün əlverişli seçimdir.
Obyektin ön hissəsində yolboyu yerləşən dükan, hamam, sanitar qovşaq, mətbəx və kiçik anbar mövcuddur. Yan tərəfdən servis hissəsinə ayrıca giriş təmin olunub. Servis sahəsi 250 m² təşkil edir və 4 ədəd avtopodyomnik ilə təchiz olunub.
Bundan əlavə, obyektin tərkibində 80 m² əlavə anbar sahəsi də mövcuddur.
Kommunikasiya xətləri qeyri-yaşayış təyinatı üzrə istifadəyə uyğundur. Alqı-satqı zamanı torpaq üzrə istismar müqaviləsi yeni sahibin adına rəsmiləşdiriləcək.
Obyekt yol kənarında yerləşməsi və hazır biznes infrastrukturu ilə müxtəlif kommersiya fəaliyyətləri üçün əlverişli investisiya imkanına malikdir.
Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür. KOD:0890